İsrailin Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsinə endirdiyi zərbələr nəticəsində azı 11 nəfər həlak olub. Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, iki yaşayış binası atəşə tutulub. Binalar dağılıb, dinc sakinlər dağıntılar altında qalıb. Xilasetmə işləri davam edir.
Oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS hücumu İsrailin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, ona və Livan və Suriyanın müəyyən bölgələrinə qarşı qisas almağa başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir. (Tass)