Qəzza zolağında telefon rabitəsi və internet yenidən fəaliyyətini dayandırıb. Bu barədə Paltel və Jawwal telekommunikasiya şirkətləri məlumat yayıb.
Şirkətlərin X-də (keçmiş Twitter) rəsmi səhifələrində yayımlanan bəyanatda deyilir: “Biz davam edən təcavüz fonunda Qəzza zolağında sabit telefon və internet xidmətlərinin tamamilə dayandırıldığını elan etməkdən təəssüflənirik”.
Təmir briqadaları Fələstin anklavına xidməti bərpa etmək üçün çalışırlar. (Tass)