İyul 1, 2025-19:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Qəzza zolağından təxliyə edilən daha 117 rusiyalı Rusiya Federasiyasına gətiriləcək

2023:11:19 - 16:28
in DÜNYA
A A

Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi Qəzza zolağından təxliyə edilmiş daha 117 rusiyalı və onların ailə üzvlərini Moskvaya gətirəcək. Bu barədə TASS-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin növbəti xüsusi reysi daha 117 Rusiya vətəndaşını və onların ailə üzvlərini Moskvaya çatdıracaq.Rusiya Fövqəladə Hallar Nazirliyinin Misirdəki əməliyyat qrupu “Rəfah” keçid məntəqəsindən keçən insanların qəbulu üzrə işləri davam etdirir. Ümumilikdə indiyədək münaqişə zonasından 550-dən çox insan təxliyə edilib”, – deyə mətbuat xidməti bildirib.

Fövqəladə Hallar Nazirliyi əlavə edib ki, avtobuslarla sərhədi keçən Rusiya vətəndaşları və onların ailə üzvləri vahid karvanda Qahirəyə göndərilir, burada rusiyalı xilasedicilər, psixoloqlar və həkimlər bütün lazımi tibbi və psixoloji yardım göstərir, qida və su ilə təmin edirlər.

Rusiya Fövqəladə Hallar Nazirliyi Rusiya Xarici İşlər Nazirliyi ilə birlikdə noyabrın 12-də başlayan rusların təxliyyəsi ilə bağlı işləri davam etdirir. Dörd xüsusi reys artıq 408 nəfəri Moskvaya çatdırıb. Bazar günü 120 nəfərlik dördüncü qrup gəldi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın daha əvvəl verdiyi məlumata görə, ümumilikdə 1 mindən çox insan evakuasiya siyahılarına yazılmışdır. Fövqəladə Hallar Nazirliyi aydınlaşdırıb ki, Qəzza zolağından təxliyə etmək istəyən rusiyalıların sayı durmadan artır. İdarə onların hər birini vətənə çatdıracağına söz verib. (Tass)

Əvvəlki Yazı

Ukrayna Silahlı Qüvvələri kritik kadr çatışmazlığını elan edib

Növbəti Yazı

İran hipersəs sürüşmə bloku olan Fəttah 2 ilə yeni qanadlı raketi təqdim edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.