İsrailin Qəzza zolağının cənubunda yerləşən Xan Yunis qəsəbəsini atəşə tutması nəticəsində azı 40 nəfər həlak olub. Əl-Cəzirə telekanalının məlumatına görə , həlak olanların cəsədləri tibb kompleksinə çatdırılıb.
Telekanalın məlumatına görə, onlarla fələstinli yaralanıb, çoxlu sayda cəsəd atışma yerində qalıb.
Fələstin anklavı hökumətinin mətbuat xidməti bildirir ki, İsrail qüvvələri ən azı 30 min insanın saxlandığı Xan Yunisdə məcburi köçkünlər üçün beş mərkəzə hücum edib. Mətbuat xidmətinin teleqram kanalında dərc edilən bəyanatda qeyd edilir ki, İsrail ordusu “buranın təhlükəsiz mərkəzlər olduğunu iddia edərək, mülki insanları ora sığınmağa çağırıb, daha sonra çoxlu sayda insanın həyatına son qoyan hücumlar həyata keçirib”. Açıqlamada ölənlərin dəqiq sayı barədə məlumat verilməyib. (Tass)