İsrailin endirdiyi zərbələr nəticəsində Qəzza zolağında bir gündə ən azı 55 nəfər həlak olub. Bu məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi verib.
Departamentin Facebook səhifəsində yerləşdirilən mesajdan belə məlum olur ki, son 24 saat ərzində Qəzza zolağında 55 nəfər həlak olub, daha 200 nəfər yaralanıb. Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail 2023-cü ildə anklavda hərbi əməliyyata başladıqdan sonra qurbanların sayı 34 844 nəfərə, yaralıların sayı isə 78 404 nəfərə yüksəlib. (Tass)