VAŞİNQTON, 25 iyun. /TASS/. Əlverişsiz hava şəraitinin vurduğu ziyan aradan qaldırıldıqdan sonra Qəzza zolağının sahillərində üzən estakada fəaliyyətini bərpa edib. Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder brifinqdə bildirib.
“Bəli, estakada işləyir. O, bu gün fəaliyyətini bərpa edib”, – Rayder bildirib.
Keçən həftə Rayder ABŞ-ın üzən estakadanı bərpa etdiyini və Qəzza zolağının sahillərində yenidən lövbər saldığını bildirir.