ABŞ-ın Qəzza zolağına humanitar yardım çatdırmaq üçün tikdiyi müvəqqəti körpünün pis hava şəraiti nəticəsində zədələnməsi Vaşinqtonu ondan istifadəni dayandırmağa məcbur edib. Bu barədə mənbələrə istinadən NBC News məlumat yayıb.
Onların sözlərinə görə, Qəzzada çimərliyə bağlanan körpünün bir hissəsi zədələnib, təmir işləri ən az bir həftə çəkə bilər.
ABŞ rəsmiləri hadisə ilə bağlı şərh verməyib. (Tass)