Qəzza zolağında girov saxlanılan və eyni zamanda ABŞ vətəndaşı olan israilli İdan Aleksandr sağ-salamat İsrailə gəlib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl geri qayıdan girov, İDF əsgəri İdan Aleksandr İDF qüvvələrinin müşayiəti ilə sərhədi keçərək İsrail ərazisinə daxil olub”, – məlumatda deyilir. (Tass)