İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 297 nəfər artaraq 17 min 997 nəfərə çatıb.
Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra mətbuat konfransında İsrailin davam edən hücumları ilə bağlı məlumat verib.
Kudra, 7 oktyabrdan bu yana həyatını itirənlərin sayının 17 min 997-yə, hücumlarda yaralananların sayının isə 49 min 229-a yüksəldiyini bildirib. (TRT Haber)