İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 23 210 nəfərə çatıb, 59 mindən çox insan isə yaralanıb. Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“Ötən il oktyabrın 7-dən İsrailin təcavüzü nəticəsində həlak olanların sayı 23 210 nəfərə yüksəlib, 59 167 nəfər isə yaralanıb”, – deyə departamentin Telegram-kanalında rəsmi səhifəsində dərc olunan bəyanatda deyilir.
Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə son 24 saat ərzində “İsrail işğalı Qəzza zolağında 12 qırğın törədib, nəticədə 126 nəfər ölüb, 241 nəfər yaralanıb”. (Tass)