Oktyabrın 7-dən İsrailin virtual blokadası altında olan Qəzza zolağında vəziyyət kritik həddə çatıb, dərman çatışmazlığı səbəbindən həkimlər xəstəxanaların dəhlizlərində anesteziyasız əməliyyatlar etmək məcburiyyətində qalırlar. Bunu TASS-a Fələstinin Özbəkistan və Qırğızıstandakı səfiri doktor Cavad Avad deyib.
“Dərman çatışmazlığı həkimləri xəstəxana çarpayılarının olmaması səbəbindən birbaşa xəstəxanaların dəhlizlərində anesteziyasız əməliyyatlar aparmağa məcbur edir. Səfir əlavə edib ki, Qəzza zolağındakı xəstəxanalar tez-tez raket hücumları üçün hədəf olur və oktyabrın 17-də axşam saatlarında Əl-Əhli xəstəxanasının ərazisinə raket zərbəsi endirdiyini, nəticədə Fələstin məlumatlarına görə 471 nəfərin öldüyünü xatırladıb.
Diplomatın sözlərinə görə, hazırda Qəzza zolağında faktiki olaraq humanitar fəlakət başlayıb, elektrik təchizatı yoxdur, su, dərman, ərzaq və yanacaq yoxdur. “İsraillilər əslində Qəzzaya humanitar yardımın çatdırılmasına mane olurlar” deyib. (Tass)