Fələstinin Qəzza zolağının şimalında yerləşən İndoneziya xəstəxanası fəaliyyətini dayandırıb. Anklavın Səhiyyə Nazirliyindən verilən məlumata görə, qurum artıq xəstə və yaralılara heç bir xidmət göstərmir.
“Qəzzanın şimalındakı İndoneziya xəstəxanası fəaliyyətdən çıxarılıb və artıq xəstələrə və yaralılara heç bir xidmət göstərmir”, – departamentin Telegram kanalında dərc edilən bəyanatda deyilir.
Beyt Lahiya kəndində yerləşən İndoneziya xəstəxanası İsrail tərəfindən dəfələrlə atəşə tutulub. Bu, Qəzza zolağının şimalında fəaliyyət göstərən üç tibb müəssisəsindən biri idi.
Anklavın səhiyyə nazirliyi beynəlxalq ictimaiyyəti və bütün maraqlı tərəfləri xəstəxananın yenidən açılması üçün İsrailə təzyiq göstərməyə çağırıb və vurğulayıb ki, “minlərlə sakin, o cümlədən uşaqlar, hamilə qadınlar, xəstələr və yaralılar tibbi yardım almaq hüququndan məhrumdur. ” (Tass)