Ötən ilin oktyabrından Fələstin anklavında hərbi əməliyyatlar aparan İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində son 24 saat ərzində 50 fələstinli həlak olub. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
“Son 24 saat ərzində İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif ərazilərini atəşə tutması və bombalaması nəticəsində 50 nəfər ölüb, 54 nəfər yaralanıb”, – deyə idarənin rəsmi Telegram kanalında dərc olunan xülasədə bildirilir. Səhiyyə Nazirliyi qeyd edib ki, İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatların qurbanlarının sayı 38 345 nəfərə çatıb, daha 88 295 nəfər yaralanıb. (Tass)