İsrail qüvvələrinin 2023-cü ilin oktyabr ayından Qəzza zolağında Fələstin anklavında keçirdiyi hərbi əməliyyatlar nəticəsində son 24 saat ərzində ən azı 50 fələstinli ölüb, 120-dən çox insan yaralanıb. Bu barədə Qəzza Səhiyyə Nazirliyi Telegram kanalında məlumat yayıb.
“Son 24 saat ərzində İsrail qüvvələrinin sektorun müxtəlif ərazilərini atəşə tutması və bombalaması nəticəsində 50 nəfər ölüb, 124 nəfər yaralanıb”. Departament əlavə edib ki, İsrail ordusunun anklavda keçirdiyi əməliyyatların qurbanlarının ümumi sayı 40 223 nəfərə çatıb, daha 92 981 nəfər yaralanıb. (Tass)