İsrailin Qəzza zolağının şimalında təşkil etdiyi hücumlarda ayağı parçalanaraq narkoz olmadan kəsilən 16 yaşlı Ahed Taha Biseysu dünyanı Qəzzada davam edən müharibəni dayandırmağa çağıraraq, “Nə ölü, nə də diriyik ikisinin arasında qalmışıq” deyib.
Oktyabrın 7-dən bu yana İsrailin quru və hava hücumları nəticəsində yüzlərlə fələstinli qol və ayaqlarını itirib. Həkimlər məhdud imkanlar və tibbi ləvazimat çatışmazlığı ilə kəsilmiş və parçalanmış bu əzalarını anesteziyasız amputasiya etməli olublar.
Sosial media və xəbər kanallarında fələstinlilərin diri-diri əməliyyat edildiyini əks etdirən görüntülər yayılıb. Bu görüntülərdən biri də Şifa xəstəxanasının ortoped-cərrahı Hani Züheyr Biseysunun yemək masasında bacısı qızı Ahedin ayağını narkozsuz kəsdiyi an olub.
“Mətbəxi əməliyyat otağı kimi istifadə edirdilər. Əmim yanında heç bir tibbi ləvazimat yox idi. O, vedrə və sabun götürüb süngərlə yaranı təmizləməyə başladı. Dayıma baxıb ayağımı kəsməməsini xahiş etdim. amma əslində bilirdim ki, ayağımın kəsilməməsi şansı yoxdu.Əmim mənə baxdı, bıçağı götürüb ayağımı kəsdi.
Sonra damarları adi tikiş sapı ilə birlikdə tikdi. Beləliklə, 4 gün evdə blokadada qaldıq. Qırmızı Xaçdan kömək istədik. Heç nə etmədən gözlədik. İsrail əsgərləri 4 gündən sonra blokadanı qaldıranda əmim məni təcili yardım maşını ilə dərhal xəstəxanaya apardı. “Mən də orada əməliyyat olundum”.
Yaranın təmizlənməsi və sarğı zamanı çox əziyyət çəkdiyini və bunu hər gün yaşadığını qeyd edən Ahed, “Məndən də pis vəziyyətdə olanlar var. Bu, mənim qismətim oldu. Hər halda Allaha şükürlər olsun” deyərək böyük təslimiyyət nümayiş etdirib. (TRT Haber)