İsrailin qətliamına görə Qəzzada insan faciəsi yaşanır. Qəbiristanlıqlarda yer qalmadığından həyatını itirən dinc sakinlər evlərin arası boş torpaqlarda basdırılır.
Həyatların sadəcə rəqəmlərdən ibarət olduğu bir coğrafiya…
Tabut və kəfən olmayan yerdə dəfn mərasimləri azdır… İsrailin hücumları ilə Qəzza Zolağında insanlığa məhəl qoyulmayan bir vəziyyət yaranıb.
Dəfn mərasimləri də bu mənzərəni açıq şəkildə ortaya qoyur.
Şəhərdəki qəbiristanlıqlarda bombardman nəticəsində həlak olan dinc sakinləri dəfn etmək üçün yer qalmayıb. Hazırda binalar arasında kütləvi məzarlıqlar var. (TRT Haber)