BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) bəyanatında deyilir ki, Qəzzada su qıtlığı anklavın iki milyondan çox sakini üçün ölüm-dirim məsələsinə çevrilib və yanacaq təcili olaraq bölgəyə çatdırılmalıdır.
Bundan əvvəl İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Gallant Qəzza zolağının tam blokadaya alındığını elan edərək, müxalifləri “heyvan” adlandırmışdı.
“Qəzza zolağında iki milyondan çox insan su çatışmazlığı səbəbindən risk altındadır. Bu, ölüm-dirim məsələsinə çevrilib. İki milyon insanı su ilə təmin etmək üçün dərhal Qəzzaya yanacaq çatdırılmalıdır”, – UNRWA-nın baş komissarı Filip deyib.
Təşkilat Qəzza zolağında təmiz suyun tükəndiyini, su stansiyasının və ictimai su şəbəkələrinin fəaliyyətini dayandırdığını açıqlayır. İnsanlar quyuların çirkli sularından istifadə etməyə məcbur olurlar ki, bu da su ilə yoluxan xəstəliklərin riskini artırır.
“Biz təcili olaraq Qəzzaya yanacaq çatdırmalıyıq. İnsanları təhlükəsiz içməli su ilə təmin etməyin yeganə yolu yanacaqdır. Bu edilməsə, insanlar, o cümlədən kiçik uşaqlar, qocalar və qadınlar ciddi susuzluqdan ölməyə başlayacaqlar. Mən humanitar yardımın blokadasını dərhal qaldırmağa çağırıram “deyə Lazzarini əlavə edib.