Qəzza zolağının şimalında yerləşən İndoneziya xəstəxanasının əsas elektrik generatoru yanacaq çatışmazlığı səbəbindən söndürülüb. İranın Tasnim agentliyinin verdiyi məlumata görə, bu barədə Fələstinin Səhiyyə Nazirliyi bildirib.
Qəzza zolağında İndoneziya xəstəxanasında yüzlərlə xəstə və yaralı risk altındadır, çünki müəssisənin əsas generatoru işləmir. Xəstəxanaya lazım olan yanacaq [tezliklə] təmin edilməsə, biz fəlakətlə üzləşəcəyik” deyib
Bundan əvvəl bildirilmişdi ki, İndoneziya xəstəxanası, Qəzza zolağındakı bəzi digər tibb müəssisələri kimi, İsrail hakimiyyətinin anklava yanacağın idxalına qadağa qoyması səbəbindən generatorlar üçün kəskin yanacaq çatışmazlığı ilə üzləşib. Həmas BMT-ni, ərəb və müsəlman ölkələrini xəstəxanalara yanacaq çatdırmaq üçün təcili tədbirlər görməyə çağırsa da, İsrail hakimiyyəti yanacağın İsrailə raket atmaq üçün istifadə olunacağından qorxaraq Qəzza zolağına tədarükün aparılmasına icazə verməyəcəklərini bildirib. (Tass)