İsrail ordusunun Qəzza sektorunu atəşə tutması nəticəsində 8 minə yaxın adam itkin düşmüş hesab olunur. Bun barədə Əl-Cəzirə telekanalı Fələstin anklavının administrasiyasına istinadən məlumat yayıb.
Qəzza Mülki Müdafiəsinin məlumatına görə, bombardman nəticəsində itkin düşənlərin ümumi sayı 8 minə yaxındır.
Şöbə onu da qeyd edib ki, xidmət işçilərinin “çox sayda qaçqının olduğu məktəblərdə xəstəliklərin yayılması səbəbindən kömək üçün çoxlu müraciətlər olur”. “Bundan əlavə, xilasedici maşınlara ehtiyacımız var. İşğalçı [İsrail] qüvvələrinin hücumları zamanı donanmamızın böyük hissəsini itirdik”, – telekanal xidmət nümayəndəsindən sitat gətirib. (Tass)