İsrailin Qəzza zolağında Misirlə sərhəd yaxınlığında yerləşən Rəfah şəhərində yaşayış məntəqəsini atəşə tutması nəticəsində iki qadın həlak olub. Əl-Cəzirə telekanalının məlumatına görə , yaralılar var.
Telekanalın məlumatına görə, raket şəhərin şərq hissəsindəki yaşayış binasına düşüb.
Bundan əvvəl “Əl-Qahera əl-İhbariya” kanalı Qəzzalılar üçün humanitar yardım daşıyan 20-yə yaxın yük maşınının Fələstin anklavına daxil olmağa hazır olduğunu və Misir sərhədindəki Rəfah keçid məntəqəsini keçmək üçün siqnal gözlədiyini bildirmişdi. Daxil olan məlumata görə, sərhəd-keçid məntəqəsi yüksək hazırlıq vəziyyətinə gətirilib. (Tass)
Bir gün əvvəl humanitar yardım daşıyan 20 maşından ibarət ilk avtomobil qatarı Rəfah vasitəsilə Qəzzaya daxil olub. Onlar Fələstin tərəfindəki keçid məntəqəsində boşaldılıb, dərman və zəruri mallar Fələstin sektorunun cənub bölgələrinə göndərilib.