İsrail qüvvələrinin blokada altındakı Qəzza zolağının şimalında yerləşən Beyt Lahiya kəndini bombalaması nəticəsində azı 18 nəfər həlak olub. Bu barədə Fələstin anklavında işləyən həkimlər məlumat veriblər.
WAFA agentliyinin məlumatına görə , İsrail ordusunun Beyt-Lahia şəhərinin El Manshiya küçəsinə hücumu zamanı onlarla qaçqın ailəsinin sığındığı yaşayış binalarından biri tamamilə dağılıb. Yerli sakinlər yaralıları və ölənlərin cəsədlərini ən yaxın xəstəxanaya çatdırmağa çalışsalar da, İsrail qüvvələri artıq dağıdılmış binanın yaxınlığındakı insanlara qarşı növbəti hücuma keçib. Əksəriyyəti qadın və uşaq olmaqla onlarla yaralı hələ də evin xarabalıqları altında basdırılıb. (Tass)