Avqust 17, 2025-3:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qaçqınkom tərəfindən Zabuxda ağacəkmə aksiyası keçirilib

2024:03:05 - 17:26
in SOSİAL
A A

2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə birgə Laçın rayonunun yenidən tikilmiş Zabux kəndində yerli sakinlərin iştirakı ilə ağacəkmə aksiyası təşkil edib.

Komitənin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aksiya işğalçı Ermənistanın ekoterrora məruz qoyduğu, regional ekoloji fəlakət zonasına çevirdiyi Azərbaycan ərazilərində ekovəziyyətin sağlamlaşdırılmasına, yaşıllıqların çoxaldılmasına, ətraf mühitin qorunmasına, təbiətə qayğının təbliğinə töhfə vermək məqsədi daşıyıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Qarabağda və Şərqi Zəngəzurda sürətlə aparılan bərpa-quruculuq işləri ilə yanaşı, ərazinin flora və faunasının dirçəldilməsinə, təbii ehtiyatlarının mühafizəsinə və onlardan səmərəli istifadə edilməsinə də xüsusi diqqət yetirilir. Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı ekosistemin bərpası məqsədilə həyata keçirilən tədbirlərdə iştirak edirlər.

Zabux kəndində keçirilən aksiya zamanı sakinlərə məxsus həyətyanı sahələrdə, yol kənarlarında və istirahət məkanlarında 7000 ədəd meyvə və dekorativ ağac əkilib. Ağacəkmə aksiyasında ilk ting 1992-ci ildə Laçın rayonunun Hoçaz yüksəkliyi uğrunda döyüşdə şəhid olmuş Ədalət Məmmədovun oğlu Ziyadxan Məmmədovun həyətində əkilib.

Bu cür aksiyaların tez-tez təşkil olunacağı, doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin Qarabağda və Şərqi Zəngəzurda bərpa edilən və yenidən salınan yaşayış məntəqələrində ekosidin nəticələrinin aradan qaldırılmasında iştirakına daim dəstək göstəriləcəyi diqqətə çatdırılıb.

Əvvəlki Yazı

Azərbaycanın İsveçdəki səfiri COP29-a hazırlıq prosesi haqqında məlumat verib

Növbəti Yazı

Kərkicahan qəsəbəsinə qayıdışa hazırlıq görülür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.