Avqust 21, 2025-11:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Qadın əməyinin təşviqi” mövzusunda maarifləndirmə tədbiri

2023:11:03 - 15:46
in SOSİAL
A A

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Qadın əməyinin təşviqi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Rəşad Əhmədov, həmin şöbənin əməkdaşı Orxan Nadirov, Şəki-Zaqatala Regional Məşğulluq filialının sektor müdiri İlham Mikayılov, 12 nömrəli Yol İstismar MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Əhməd Əhmədov çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycan məşğulluq imkanlarının artırılması ilə bərabər, layiqli əməyin təminatı, o cümlədən işçilərin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin edilməsi istiqamətində fəal dövlət siyasətinə malik ölkələrdən biridir. Son illər əmək münasibətləri sahəsində innovativ həllərin, müasir texnologiyaların geniş tətbiqi əsas prinsiplərdən birinə çevrilib. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə yaradılan Dövlət Əmək Müfəttişliyi Xidməti bu gün işçi hüquqlarının etibarlı müdafiəsi ilə yanaşı, işəgötürənlərlə sosial dialoq müstəvisində onlara zəruri metodiki dəstəyi təmin edən bir qurumdur. Qabaqcıl dünya təcrübəsindən irəli gələn risk əsaslı yanaşma modellərinin, ünvanlı, ədalətli və şəffaf nəzarət mexanizmlərinin tətbiqi, layiqli əməyin təminatına, əmək bazarının davamlı inkişafına töhfə vermək qurumun fəaliyyətinin əsas prioritetidir.

Çıxış edənlər ölkəmizdə qadınların əmək hüququ məsələsinə toxunaraq bildiriblər ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi üzrə qadınların əmək hüququnun həyata keçirilməsində təminatlar sistemi müəyyən olunub.

Sonda suallar cavablandırılıb.

Əvvəlki Yazı

İstedadlıları Himayə Fondunun yaradılması təklif olunur

Növbəti Yazı

Rəqəmsal inkişaf və nəqliyyat naziri Salyanda vətəndaşlarla görüşəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.