Avqust 23, 2025-20:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib

2024:12:09 - 16:47
in SOSİAL
A A

AMEA-nın Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, dəyirmi masada institutun direktoru vəzifəsini icra edən dosent Ramilə Dadaşova “Ulu Öndər Heydər Əliyev Qafqazda sülh və təhlükəsizliyin banisi kimi” mövzusunda məruzə edib. Məruzədə Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğunda və dövlətlərarası münasibətlərdə, eləcə də Qafqazda sülh və təhlükəsizliyin yaranmasında xidmətləri vurğulanıb. Qeyd edilib ki, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü siyasi proseslərin əsasını qoyub.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev iqtisadiyyatı və ordunu, dövlətlərarası münasibətləri daha da gücləndirib. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Qarabağı işğaldan azad etdi. 2023-cü il sentyabrın 19-da həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkədə suverenlik tam təmin edildi. Bu gün bir çox məsələlərdə dünya dövlətləri Azərbaycanla hesablaşır. Azərbaycan Qafqazda aparıcı dövlətdir. Ölkəmiz COP29 tədbirinə uğurla ev sahibliyi etdi.

Dəyirmi masada Qafqazşünaslıq İnstitutunun elmi katibi Südabə Hüseynova, şöbə müdirləri Qasım Hacıyev, Vahid Ömərov, Elnur Kəlbizadə, Samirə Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin milli birliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının aparıcı amilə çevrilməsi istiqamətində gördüyü işlərdən, Qafqaz siyasətindən bəhs ediblər.

Əvvəlki Yazı

İranlı deputat: Türkiyə və ABŞ-ın radikallarla flört etməsi onlara baha başa gələcək

Növbəti Yazı

AzMİU-da Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bilik yarışı keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.