Bütün gözlər İsrailin Qəzzada 7 aydır davam edən qırğınlarına son qoymaq üçün atəşkəs danışıqlarına yönəlib. Misirin paytaxtı Qahirədə Həmas ilə İsrail arasında danışıqlar başlayıb.
Həmas Siyasi Bürosunun üzvü Usamə Həmdan da Əl-Cəzirə televiziyasına deyib ki, “danışıqlarda müəyyən irəliləyiş əldə olunub”.
Onun sözlərinə görə, məqsəd “tam atəşkəs” və “İsrailin Qəzzadan çıxarılması”dır.
Britaniyanın Reuters xəbər agentliyi Misir rəsmisinə istinadən yazıb ki, nümayəndə heyətlərinin bu dəfəki görüşündən fərqli nəticələr gözlənilir. (TRT Haber)