Qahirədə Misir, ABŞ, Qətər və İsrail nümayəndələri arasında məsləhətləşmə görüşü başlayıb. Bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, görüşdə Fələstin sektorunda münaqişə tərəfləri arasında Qəzzada radikalların əlində olan girovların İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə mübadilə edilməsinə dair mümkün razılaşma, eləcə də İsrail və Həmas arasında atəşkəs rejiminin yaradılması perspektivləri müzakirə edilib. (Tass)