Avqust 11, 2025-16:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Qahirənin Bədr Universiteti Azərbaycanın ali məktəbləri ilə əməkdaşlığa maraq göstərir

2024:03:14 - 16:00
in SOSİAL
A A

Qahirənin Bədr Universiteti Azərbaycanın ali məktəbləri ilə əməkdaşlığa maraq göstərir. AZƏRTAC xəbər verir ki, bu təklif ölkəmizin Misirdəki səfiri Elxan Poluxovun iştirakı ilə sözügedən universitetdə keçirilən tədbirdə irəli sürülüb.

Bədr Universitetinin rektoru, Misirin sabiq ali təhsil və elmi araşdırmalar naziri, professor Əşrəf Əl-Şehi qeyd edib ki, onun rəhbərlik etdiyi ali təhsil ocağı müasir texnologiyaların tətbiqinə, həmçinin bu sahədə elmi tədqiqatlara böyük əhəmiyyət verir. Bu baxımdan Azərbaycanın qabaqcıl universitetləri və tədqiqat mərkəzləri ilə əməkdaşlıq yaxşı perspektivlər vəd edir. Eyni zamanda, Bədr Universiteti ilə Azərbaycanın elm və təhsil müəssisələri arasında tələbə mübadiləsi də həyata keçirilə bilər.

Azərbaycan-Misir əlaqələrinin siyasi, mədəni və iqtisadi sahələrdə, eləcə də universitet və akademik səviyyəsində dinamik inkişafını yüksək qiymətləndirən səfir E.Poluxov bildirib ki, dövlət başçıları Əbdülfəttah əs-Sisi ilə İlham Əliyev iki ölkə arasında bütün istiqamətlərdə, xüsusən də neft-qaz və əczaçılıq sənayesi sektorlarında əməkdaşlığın dərinləşdirilməsini prioritet vəzifələr kimi qarşıya qoyublar.

E.Poluxov vurğulayıb ki, Bədr Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında qarşılıqlı faydalı əlaqələrin qurulması istiqamətində birgə səylər göstərilə bilər. O, həmçinin ölkəmizin uğurları, beynəlxalq arenada nüfuzunun durmadan artması, habelə qarşıdakı COP29 iqlim konfransı ilə əlaqədar görülən işlər haqqında da ətraflı məlumat verib.

Əvvəlki Yazı

Ekspert: Zalujnını Londona göndərmək Zelenskinin karyerasında faciəvi rol oynayacaq

Növbəti Yazı

Bakıda mikromobillik üçün infrastrukturun yaradılmasına başlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.