Qaqauziya Xalq Məclisi (parlamenti) muxtariyyətin rəhbəri Yevgeniya Qutsulun səlahiyyətlərinin legitimliyini təsdiq edən qətnamə qəbul edib və ona verilən məhkəmə hökmünü tanımır.
“Qaqauziya Xalq Məclisi Qaqauziya İcraiyyə Komitəsi ilə birlikdə qərara alır: Yevgeniya Aleksandrovna Qutsulun Qaqauziya rəhbəri (Başkan) kimi səlahiyyətlərinin legitimliyini təsdiq etsin və onun həbsdən dərhal azad edilməsini (yaxud həbs-qətimkan tədbirinin götürülməsini) tələb etsin”, – deyə qanunverici orqanın internet saytında dərc olunmuş sənəddə deyilir.