Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul Moldova müxalifətinin liderləri ilə əməkdaşlıq planlarını müzakirə etmək üçün Rusiyada apardığı danışıqlardan sonra görüşmək niyyətində olduğunu açıqlayıb. Kişinyovda keçirdiyi brifinqdə o, Kommunistlər Partiyasının və Sosialistlər Partiyasının liderləri, keçmiş prezidentlər Vladimir Voronin və İqor Dodon, habelə qadağan olunmuş Şor partiyasının rəhbəri İlan Şor və digər partiyaların rəhbərləri ilə görüşlərə hazırlıq barədə danışıb.
(Tass)