Avqust 20, 2025-13:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Qarabağ Universiteti müəlliminin “Dərviş” adlı şüşə xalçası Sofiyada nümayiş etdiriləcək

2025:08:14 - 11:28
in MƏDƏNİYYƏT
A A

Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllimi, bədii şüşə rəssamı Məhər Məhərrəmovun “Dərviş” adlı şüşə xalçası Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Beynəlxalq Bədii Şüşə Biennalesində (International Biennale of Glass – IBG) nümayiş etdiriləcək.

AZƏRTAC xəbər verir ki, sentyabrın 18-dən noyabrın 30-dək davam edəcək biennalenin məqsədi bədii şüşə sənətini qlobal səviyyədə tanıtmaq, innovativ texnikaları və yanaşmaları göstərmək, sənətkarlar arasında beynəlxalq yaradıcılıq mübadiləsini inkişaf etdirməkdir.

Bu çərçivədə Məhər Məhərrəmovun əsəri həm texniki, həm də estetik baxımdan yüksək qiymətləndirilərək sərgilənmək üçün tərtib olunmuş komissiya tərəfindən seçilib.

Təqdirəlayiq haldır ki, ölkəmiz Avropa platformasında ilk dəfə olaraq 50 ölkə arasında yer alaraq tarixi bir uğura imza atır. Bu uğur yalnız Məhər Məhərrəmovun fərdi yaradıcılığının tanınması deyil, eyni zamanda Azərbaycan bədii şüşə sənətinin beynəlxalq səviyyədə tanınmasına açılan qapıdır.

Məhər Məhərrəmovun şüşə xalçaları yalnız sərgilərdə deyil, həmçinin müxtəlif beynəlxalq elmi konfranslarda da təqdim olunaraq əsərləri haqqında elmi məqalələri dərc edilmişdir.

Qeyd edək ki, Məhər Məhərrəmov ali təhsilini S.Q. Stroqanov adına Moskva Dövlət Rəssamlıq və Sənaye Akademiyasında alıb, daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında SABAH qruplarında dərs deyib, hazırda isə Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim kimi fəaliyyət göstərir.

 

Əvvəlki Yazı

Azərbaycanda turagentlərin və turoperatorların gəliri 2 dəfədən çox artıb

Növbəti Yazı

Hərbi xidmət əleyhinə cinayətlərə görə 227 nəfər axtarılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.