İyun 17, 2025-15:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Qarabağdakı sənaye parklarında bu il yeni müəssisələr fəaliyyətə başlayacaq

2025:06:05 - 13:30
in İQTİSADİYYAT
A A

Bu il Ağdam və “Araz Vadisi iqtisadi Zonası” Sənaye Parklarında dekorativ daşların, tütün məmulatlarının, müxtəlif yapışqan lentlərin və s. müəssisələrin fəaliyyətə başlaması planlaşdırılır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, bu iki sənaye parkında ümumilikdə 45 sahibkarlıq subyekti rezident, 7 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib, Görülən işlərə 150 milyon manatdan çox investisiya yatırılıb, 740 nəfərdən artıq daimi iş yeri yaradılıb.

Hazırda bu sözügedən sənaye zonalarında 11 müəssisə fəaliyyət göstərir. 2024-cü ilin sentyabrın sonlarından 2025-ci ilin I rübünün sonuna qədər bu müəssisələr 87 milyon manatlıq məhsul istehsal edib. Ağdam və “Araz Vadisi iqtisadi Zonası” Sənaye Parklarında ümumilikdə 10-dan çox müəssisənin tikintisi davam etdirilir, 20-dən çox müəssisədə isə layihələndirmə işləri görülür.

Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edən müasir sənaye kompleksidir, ölkə Prezidentinin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Parkın ərazisində elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat və digər zəruri infrastruktur obyektləri mövcuddur. Parkı rezidentlərin sayına görə Azərbaycanda ikinci ən böyük sənaye parkıdır.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı 200 hektar ərazini əhatə edir, dövlət başçısının 4 oktyabr 2021-ci il tarixli Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda yaradılıb. Parkın əsas məqsədi işğaldan azad edilmiş ərazilərin iqtisadi dirçəlişini təmin etmək, sahibkarlığı dəstəkləmək və regionun sənaye potensialını inkişaf etdirməkdir.

Əvvəlki Yazı

“Təhsildə Qiymətləndirmə və İnkişaf Forumu” keçiriləcək!

Növbəti Yazı

Ərdoğan Rusiya və Ukrayna arasında iyunun 2-də İstanbulda keçirilən danışıqları tarixi addım adlandırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.