Dağlıq Qarabağı tərk edən Rusiya sülhməramlıları yenidən Ermənistana yerləşdirilə bilməz. Bu fikri Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarqis Xandanyan keçirdiyi brifinqdə deyib.
O, Rusiya sülhməramlılarının “Ermənistan ərazisində qala biləcəyini və ya qalmalı olduğunu” düşünmür.
Aprelin 22-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Dağlıq Qarabağdan olan Rusiya sülhməramlılarından ibarət karvan onların bağlanması üçün işlərin təşkili üçün Ermənistanın Sünik vilayətinin Qoris və Sisian şəhərlərində müvəqqəti dislokasiya məntəqələrinə yollanıb. (Tass)