May 18, 2025-13:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi ekosistemin qorunmasına böyük töhfə verəcək.

2023:10:28 - 11:43
in İQTİSADİYYAT
A A

Azərbaycan etibarlı və vacib “yaşıl enerji” təminatçısı olmaq yolunda daha bir böyük layihəni işə saldı. Oktyabrın 26-da regionda ən böyük günəş elektrik stansiyası olan və 230 MVt gücə malik Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Şübhəsiz ki, bu hadisə Prezidentimizin hakimiyyəti dövründə ölkəmizin qeyri-neft iqtisadiyyatına yatırılan ən böyük xarici investisiyalardan biri olmaqla, Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi istiqamətində atılan mühüm bir addımdır. Eyni zamanda, ölkəmizdə “yaşıl enerji”nin inkişafı və tətbiqi digər iqtisadi, ekoloji və sosial məqsədlərlə uzlaşaraq onu yeni iqtisadi sistemin fundamental parçalarından birinə çevirəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib.

Onun sözlərinə görə, 2025-ci ilə qədər həyata keçiriləcək layihələr əsasında 700 meqavatdan artıq günəş və külək enerjisinin istehsalı nəzərdə tutulub ki, bu da ölkəmizin ekoloji dayanıqlılıq, enerji təhlükəsizliyi, texnoloji innovasiya, iqtisadi artım kimi məsələlərdə regionda üstün mövqeyə malik olmasına səbəb olacaq. İl ərzində 200 min tondan çox karbon qazı tullantılarını azaltmaq imkanına malik Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi bərpa olunan enerji mənbələrindən istifadəni təşviq etməklə iqlim dəyişikliyinin azalmasına və ekosistemin qorunmasına böyük töhfə verəcək. Bu stansiya 110 mindən çox evi enerji ilə təmin etmək potensialına sahibdir. Həmçinin il ərzində ölkəmizə 110 milyon kubmetr qaza qənaət etməyə imkan yaradacaq.

Deputat qeyd edib ki, layihə, həmçinin enerji mənbələrinin diversifikasiyasına və digər yanacaq növlərindən asılılığı azaltmaqla ölkəmizin enerji təhlükəsizliyinin artmasına səbəb olacaq: “Qeyd etməliyəm ki, “yaşıl enerji” yerli istehsaldır və geosiyasi münaqişələr və ya bazar dalğalanmaları nəticəsində yaranan təchizatın pozulmasına daha az həssasdır. Bu da Azərbaycanın gələcəkdə baş verə biləcək enerji böhranlarına qarşı həssaslığını minimuma endirəcək. Bərpa olunan enerji mənbələri günəş işığı və külək kimi sərbəst mövcud resurslara əsaslandığından sabit və proqnozlaşdırıla bilən əməliyyat xərclərinə malikdir. Bu, enerji qiymətlərinin sabitləşməsinə, istehlakçıların və müəssisələrin enerji qiymətlərinin dəyişməsinə qarşı həssaslığını azaltmağa kömək edəcək”.

“Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın bərpaolunan enerji sahəsində zəngin potensiala malik olduğunu göstərir və regionda enerji siyasətinə istiqamət verən əsas ölkə olduğunu bir daha sübut edir. Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi yolunda atılan addımlar təkcə günəş və ya külək elektrik stansiyaları ilə kifayətlənmir. Xüsusilə işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialı effektiv şəkildə inkişaf etdirilməkdədir. “Yaşıl enerji” həm də cəmiyyətin təhlükəsizliyinə xidmət edəcək gələcək iqtisadiyyat deməkdir. Azərbaycanın bu sahədə də liderliyi əməli işdə nümayiş etdirilir”, – deyə deputat diqqətə çatdırıb.

Əvvəlki Yazı

Ərdoğan İsraili “dəlilik vəziyyətindən” çıxmağa çağırıb

Növbəti Yazı

ÜST rəhbəri Yaxın Şərqdə dərhal atəşkəsə çağırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.