Qax Dövlət Kukla Teatrında 2023-cü ilin repertuar planına daxil edilən yeni səhnə əsərinin – Əzizə Əhmədovanın “Necə boz ayı, aldı ev payı” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov məlumat verib.
Baş rejissor bildirib ki, digər tamaşalardan fərqli olaraq, uşaqlar bu tamaşada kuklalarla canlı aktyorların sintez şəklində birgə ifalarını izləyə biləcəklər.
Tamaşanın quruluşçu rejissoru Yusif Abdurahmanov, rəssamı Günel Babayeva, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Rolları Cəbrayıl Quluşov, Azər Kərimov, Məlahət Məmmədova, Afər Yaqubova, Elnurə Əliyeva, Elnarə Babayeva, Aynurə Abbasova və İlmar Abdullayev ifa edəcəklər.
Tamaşa dekabrın sonunadək uşaqlara təqdim olunacaq.