Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən velosiped və moped istifadəçilərinin yol hərəkəti qaydalarına riayət etməsi üçün maarifləndirmə məqsədli profilaktik tədbir keçirilib.APA-ya bu haqda DİN -nin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.Təhlükəsizlik dəbilqəsindən istifadən etməyən, həmçinin digər qayda pozuntularına yol verən şəxslərlə söhbətlər aparılıb.Tədbirin keçirilməsində əsas məqsəd gələcəkdə velosipedçilərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.