Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti nəticəsində 68,6 hektar ərazi minalardan təmizlənib.
Bu barədə Teleqraf-ın yerli bürosuna Azərbaycan Minatəmizləmə Agnetliyinin mətbuat xidmətindən bildirilib.
Açıqlamada qeyd olunub ki, icra edilən əməliyyatlar zamanı 929 ədəd piyada əleyhinə, 95 ədəd tank əleyhinə mina və 48 ədəd partlamamış hərbi sursat aşkar edilərək, zərərsizləşdirilib.
Qeyd edilmiş ərazilərdə həm relief çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur.