Qazaxıstan hakimiyyəti Fələstin xalqına humanitar yardım olaraq BMT-nin Yaxın Şərq Agentliyinə 1 milyon dollar köçürüb. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə bildirib.
“Qəzza zolağındakı fəlakətli humanitar vəziyyəti nəzərə alaraq, Qazaxıstan yan keçməmək və Fələstin xalqına 1 milyon dollar məbləğində humanitar yardım göstərmək qərarına gəlib. Bu qərarı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.Qazaxıstan hökuməti tərəfindən ayrılmış maliyyə vəsaiti artıq BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş üzrə Yaxın Şərq Agentliyinə köçürülüb”, – Smadiyarov bildirib.
Onun sözlərinə görə, Qazaxıstanın İordaniya və Misirdəki səfirlikləri Qəzza zolağında vəziyyətin mürəkkəbləşdiyi ilk gündən respublika vətəndaşlarının Rəfah keçid məntəqəsindən çıxarılması məsələləri üzərində işləyirlər. “Bu gün bizim məlumatlara görə, Qəzza zolağında 76 Qazaxıstan vətəndaşı var. Onların ailə üzvləri ilə birlikdə 161 nəfər var”, – Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib. O qeyd edib ki, Astanada həmvətənlərin təxliyyəsinin mümkün qədər tez baş verməsi üçün bütün tədbirlər görülür.
Bundan əvvəl bildirilmişdi ki, oktyabrın 10-da İsraildən Qazaxıstana “Air Astana”nın xüsusi təyyarəsi gəlib. Təyyarədə 166 sərnişin, o cümlədən 124 Qazaxıstan vətəndaşı olub. (Tass)