Qazaxıstan hakimiyyəti BRİKS və MDB ölkələri arasında ərzaq təhlükəsizliyinin təmin olunmasına kömək edəcək parlamentlərarası dialoqun qurulmasının tərəfdarıdır. Bunu Qazaxıstan Senatının (parlamentin yuxarı palatası) sədri Maulen Aşımbayev X BRİKS Parlament Forumunun plenar iclasında deyib.
“BRİKS və MDB ölkələri arasında müntəzəm parlamentlərarası dialoq mühüm mexanizmə çevrilə bilər ki, ölkələrimizin deputatları arasında sıx qarşılıqlı əlaqə dünyada əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsi üçün mühüm vasitədir”, – Aşimbayev bildirib.
O qeyd edib ki, parlamentlərarası mümkün qarşılıqlı fəaliyyət sahələrindən biri ərzaq təhlükəsizliyi ola bilər. “Geosiyasi turbulentlik və qlobal iqlim dəyişikliyi şəraitində bu sahə kritik əhəmiyyət kəsb edir. Bu gün BRİKS ölkələrinin ümumi kənd təsərrüfatı potensialı qlobal potensialın yarısından çoxunu təşkil edir. MDB ölkələrində, o cümlədən Qazaxıstanda da əhəmiyyətli kənd təsərrüfatı sənayesi var. Ölkəmiz taxıl istehsalı və un ixracı üzrə dünya liderlərindən biridir”, – deyə Senatın sədri izah edib.
Onun fikrincə, hazırkı dünyada sabit və proqnozlaşdırıla bilən ərzaq qiymətləri, təchizat zəncirlərinin təhlükəsizliyi, su və torpaq ehtiyatlarından səmərəli istifadə üçün innovasiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. “Bu istiqamətdə birgə addımlar qida balanssızlığının azaldılmasına kömək edəcək və ölkələrimizin davamlı inkişafına mühüm töhfə verəcək”, – Aşımbayev vurğulayıb.