“Azərbaycan Hava Yolları” QSC-nin sərnişin təyyarəsi iki dəfə Qazaxıstanın Aktau hava limanına enmək üçün gəlib, onu qəbul etmək üçün hər şey hazır olub, lakin sonra gəmi ilə əlaqə kəsilib və o, qəzaya uğrayıb. Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib.
“Aktau aviadispetçeri təyyarəni aerodromda endirmək üçün dərhal bütün lazımi tədbirləri gördü. Ekipaj Aktau aerodromunun uçuş-enmə zolağına enməyə iki cəhd etdi, bu zaman hündürlükdə və uçuş kursunda xaotik dəyişikliklər müşahidə edildi. Daha sonra təyyarə sahil zolağına doğru hərəkət etdi” deyib.
Karabayev qeyd edib ki, bundan sonra “ekipajla əlaqə kəsilib və təyyarə yerlə toqquşub”. (Tass)