Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mayın 23-24-də Sinqapura dövlət səfəri edəcək. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“2024-cü il mayın 23-24-də dövlət başçısı Qasım-Jomart Tokayev Prezident Tharman Şanmuqaratnamın dəvəti ilə Sinqapur Respublikasına dövlət səfəri edəcək”, – məlumatda deyilir.
Səfər proqramına Qazaxıstan Prezidenti ilə Sinqapurun yüksək rəhbərliyi, iri beynəlxalq şirkətlərin rəhbərləri arasında bir sıra görüşlər, həmçinin Qazaxıstan-Sinqapur biznes forumunda iştirak daxildir. (Tass)