Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək Rusiyaya səfər edib. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı Kasım-Jomart Tokayev prezident Vladimir Putinin dəvəti ilə Böyük Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Rusiyaya səfər edib. Bu gün Moskvada Qazaxıstan prezidenti xarici dövlətlərin başçıları ilə bir sıra görüşlər keçirəcək”, – məlumatda deyilir.
Mayın 8-də Astanada Qazaxıstan Prezidenti Böyük Qələbənin 80 illiyi münasibətilə “Otan Ana” (Vətən) abidəsi önünə gül dəstələri qoyub, qazaxıstanlı əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Prezident orkestri dövlət himnini səsləndirib, fəxri qarovul dəstəsi tədbir iştirakçılarının qarşısından keçib. (Tass)