Qazaxıstanın baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu iyunun 10-11-də Nijni Novqorodda BRİKS dialoqunun nazirlər sessiyasında iştirak edəcək. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə bildirib.
“10-11 iyun 2024-cü il tarixlərində Qazaxıstan Respublikasının Baş nazirinin müavini – Xarici İşlər Naziri Murat Nurtleu Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovun dəvəti ilə Rusiya Federasiyasına səfərdə iştirak edəcək. Tədbir Nijni Novqorodda “Bərabər qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi” devizi altında keçiriləcək. (Tass)