Qazaxıstan Baş Prokurorluğunun hüquqi statistika və xüsusi qeydlər portalında 26 yaşlı ukraynalı iş adamı Vadim Maşurovun axtarışda olduğu bildirişi yayılıb.
Maşurovun axtarışını Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyinin Almatı şəhəri üzrə İqtisadi Təhqiqatlar Departamenti aparır. Axtarış işi 28 dekabr 2023-cü ildə Almatıda qeydə alınıb. Məşurovun nədə şübhəli bilindiyi mesajda deyilmir.
Maşurov İT sahəsində sahibkar, Instime şirkətinin təsisçisidir. Bəzi KİV-lərin məlumatına görə, o, S-Group (Sincere System Group) şirkətinin yaradıcılarından biridir. 2023-cü ilin iyulunda Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyi maliyyə piramidası yaratmaqda şübhəli bilinən S-Group şirkətinin nümayəndələri ilə bağlı araşdırma elan edib. (Tass)