Aprel 9, 2026-14:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

QHT rəhbəri: Azərbaycan İrana dost mövqeyini əməldə göstərdi

2026:04:09 - 10:33
in SİYASƏT
A A

Prezident İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana telefon zəngi və İranla ABŞ arasında elan olunmuş iki həftəlik atəşkəs münasibətilə təbriklərini çatdırması mühüm jestdir. Bu addım Azərbaycanın mövqeyini bir daha aydın şəkildə göstərdi. Rəsmi Bakı bölgədə qarşıdurmanın dərinləşməsini istəmir. Bu niyyətə uyğun olaraq müharibənin ilk günündən atəşkəsə qədər Azərbaycanın yanaşması və mövqeyi dəyişməz olaraq qaldı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib.

“Prezident İlham Əliyevin İran xalqının ağrısını bölüşməsi də xüsusi əhəmiyyət daşıyır. İranın mərhum ali lideri Əli Xameneinin vəfatı ilə bağlı Prezident İlham Əliyev İran xalqının kədərini bölüşdü, başsağlığı verdi və İran səfirliyinə gedərək bu münasibətini şəxsən ifadə etdi. Azərbaycan humanitar məsələlərdə də eyni davranışı nümayiş etdirdi. İrana humanitar yardım göndərilməsi dost münasibətinin konkret ifadəsi idi. Belə məqamlarda dövlətlərin əsl niyyəti bəyanatlardan, ultimatumlardan çox, atdığı addımlarla görünür. Azərbaycan da məhz bu cür davrandı. Atəşkəs elan olunandan dərhal sonra isə Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkiana zəng etməsi və təbrikini çatdırması da həmin xəttin davamı oldu”,- deyə U.Mirzəyev vurğulayıb.

QHT sədri əlavə edib ki, bütün bu sadalananlar bir vacib həqiqəti ortaya qoyur. İranda Azərbaycanı təhlükə kimi təqdim etməyə çalışanlar, Azərbaycan ətrafında süni düşmən obrazı yaratmaq istəyənlər artıq bu reallığı görürlər, faktlar ortadadır. Bu gün Azərbaycan–İran münasibətlərinin gələcəyi üçün əsas məsələ qarşılıqlı etimadın qorunmasıdır. Ümid etmək olar ki, bundan sonra iki xalq arasında şübhə, gərginlik və süni qarşıdurma yaratmağa çalışan çevrələrin səsi əvvəlki qədər eşidilməyəcək. Çünki Azərbaycan İrana qarşı olan dost mövqeyini əməldə göstərdi.

Əvvəlki Yazı

İçərişəhərin qala divarlarının kiçik sahəsində aşınma olub

Növbəti Yazı

İran səfiri: Xameneinin yas mərasimi milli idealların gücləndirilməsi üçün bir stimula çevrilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.