İyun 13, 2025-15:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

QHT sədri: Qərbi Azərbaycana qayıdışa dair layihə çərçivəsində nəşr etdirdiyimiz kitabda İrəvanla bağlı hər bir sahə əhatə olunub

2025:06:12 - 14:30
in SİYASƏT
A A

Qərbi Azərbaycana Qayıdışla bağlı layihə çərçivəsində “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabını ərsəyə gətirmişik. İrəvanla bağlı dünyaya məlum olan və olmayan həqiqətlər kitabda öz əksini tapıb.

Azərbaycanın qədim siyasi və mədəni mərkəzlərindən biri olan İrəvan şəhərinin tarixi, əsrlərlə bu torpaqda yaşayan əhalinin etnik tərkibi, zəngin adət-ənənələri, milli-mənəvi dəyərləri, ailə şəcərələri barədə ardıcıl, sistemli məlumatın yer aldığı kitab-albom Azərbaycan və ingilis dillərində tərtib edilib, nəşrin təqdimatı keçirilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Kainat” Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri Fəridə Səfiyeva söyləyib.

O bildirib ki, nəşr iki hissədən ibarətdir. Kitabın birinci hissəsində İrəvanın xanlıq dövründən başlayan tarixi izlənilir, deportasiya dövrü barədə məlumatlar verilir. Bundan əlavə, İrəvan şəhərinin əhalisinin sayı və illər üzrə say nisbəti də orada qeyd olunub. Əhalisi azərbaycanlılardan ibarət olan İrəvan və Qərbi Azərbaycanın illər keçdikcə necə monoetnikləşdirilməsi tarixi həqiqətlərə əsaslanaraq faktlarla sübut edilir. İrəvanın memarlığı, tarixi abidələri, məktəbləri, teatrları ensiklopedik biliklər əsasında təqdim olunur. Ümumilikdə isə kitabda İrəvanla bağlı hər bir sahə əhatə olunub”.

QHT sədri vurğulayıb ki, kitabın ikinci hissəsində isə İrəvanın tarixi şəxsiyyətləri, məşhur insanları haqqında lakonik məlumatlar yer alır. Nəşrin əsas məqsədi İrəvanla bağlı məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır.

Kitabı önəmli edən digər məqamlar ondan ibarətdir ki, burada XVIII-XIX əsrlərdən başlayaraq İrəvan şəhəri barədə məlumat verən alimlərin fikirləri öz əksini tapıb, rəssamların əsərləri dərc olunub.

Əvvəlki Yazı

Sabah 37 dərəcə isti olacaq

Növbəti Yazı

“Heydər Əliyev və milli dövlətçilik təfəkkürü” mövzusunda tədbir keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.