Qırğızıstan Prezidenti Sadır Japarov imzaladığı sərəncama əsasən, Askat Alagözov prezidentin yeni mətbuat katibi təyin edilib.
“Qırğız Respublikasının Prezidenti Sadır Japarov sərəncam imzalayıb, ona görə Alagozov Askat Jumakadiroviç Qırğızıstan Respublikası Prezidentinin mətbuat katibi təyin edilib”, – Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Prezidentin əvvəlki mətbuat katibi Erbol Sultanbayev Qırğızıstanın Belarusdakı səfiri və eyni zamanda Qırğızıstanın Müstəqil Dövlətlər Birliyinin nizamnamə orqanları yanında daimi səlahiyyətli nümayəndəsi təyin edilib. (Tass)