Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev bu il Qırğızıstan Respublikası ilə Rusiya Federasiyası arasında əbədi dostluq, müttəfiqlik və tərəfdaşlıq haqqında bəyannamənin imzalanmasının 25-ci ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsini təklif edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqların açılışında o, bu sənədin 2000-ci il iyunun 27-də imzalandığını xatırladıb. Onun sözlərinə görə, bu sənədin ardıcıl icrası “etibarlı müttəfiq münasibətlərinin yeni modelini formalaşdırmağa imkan verib”.
“Mən diplomatik akademiyalarımızın bazasında bu tarixə həsr olunmuş tematik tədbirlərin keçirilməsini təklif edirəm”, – deyə Kulubayev bildirib. (Tass)