Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTK) əməkdaşları hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhddə şübhəli bilinən, axtarışda olan vətəndaşı saxlayıb. Bu barədə Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat mərkəzi məlumat yayıb.
“2024-cü il aprelin 22-də Çuy vilayətinin Panfilov rayonunun Kaindı kəndində həyata keçirilən tədbirlər nəticəsində Dövlət Milli Təhlükəsizlik Komitəsi zorakılıqla ələ keçirməyə cəhd etdiyinə görə axtarışda olan Qırğızıstan Respublikasının vətəndaşı İmamidin Taşovu saxlayıb”- bəyanatda deyilir.
Mətbuat mərkəzi aydınlaşdırıb ki, şübhəli Qırğızıstan və Qazaxıstanın “dövlət sərhədini qanunsuz keçdikdən” sonra Qazaxıstanın Alma-Ata şəhərindən Qırğızıstanın Kara-Balta şəhərinə keçmək istəyərkən saxlanılıb. (Tass)