Rusiyanın Qırğızıstan Müdafiə Nazirliyinə təhvil verdiyi S-300 zenit-raket kompleksləri onun hava hücumundan müdafiə sistemini gücləndirəcək. Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov TASS-a bildirib ki, ölkə hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi üzərində işləməyə davam edəcək.
“Sistem hava təhlükəsizliyimizi gücləndirmək üçün lazımdır. Bu sistem bizim üçün yenidir, təbii ki, lazımdır. Biz başqa sistemlərin əldə edilməsi istiqamətində addımlar atmağa davam edəcəyik. Müasir döyüş və hava hücumundan müdafiə vasitələri onu göstərir ki, pilotsuz uçuş aparatları üstünlük təşkil edir. Ordumuz bu məsələni öyrənir, bu istiqamətdə əməkdaşlığı davam etdirəcəyik”, – İmankulov bildirib.
Bundan əvvəl Qırğızıstan Müdafiə Nazirliyindəki mənbə TASS-a bildirib ki, respublikanın hava hücumundan müdafiə qüvvələri Rusiyadan S-300 hava hücumundan müdafiə sistemləri alıb.(Tass)