Qırğızıstan xüsusi xidmət orqanlarının əməkdaşları hərbi əks-kəşfiyyat əməkdaşları ilə birlikdə respublikanın Müdafiə Nazirliyinin bir neçə hərbçisini saxlayıblar.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Qırğızıstan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, [Dövlət] Milli Təhlükəsizlik Komitəsinin hərbi əks-kəşfiyyat orqanları və Hərbi Prokurorluqla birgə xidməti vəzifələrini yerinə yetirərkən Qırğızıstan Respublikasının qanunvericiliyini pozmaqda şübhəli bilinən müdafiə idarəsinin hərbçiləri saxlanılıb”, – məlumatda deyilir.